Şb. Okt 19th, 2019

“Siqaret çəkməyə gedirəm” – Xəstəxanada kürəyində bıçaq olan pasiyentin videosu (18+)

Kürəyində bıçaqla siqaret çəkməyə çıxmaq istəyən Tatarıstan sakini medianın ulduzuna çevrilib.

Turkustan.info xəbər verir ki, həkimlər kürəyində dik duran bıçaqla binadan çıxmağa çalışan kişini dayandırmağa çalışıblar. Hadisə videoya çəkilib və mətbuata ötürülüb.

“Sən bu halda hara gedirsən?” sualına o, “Siqaret çəkib, gəlirəm” deyə cavab verib.

Zelenodolsk rayon mərkəzi xəstəxanasından bildiriblər ki, hadisə zamanı pasiyent sərxoş olub və ağrı hiss etmirdi.

Bıçaqlanan kişi artıq əməliyyat olunub və vəziyyəti sabitdir.  /Milli.Az/

Paylaş: