Ça. Sen 17th, 2019

Bacısını yad kişi ilə tutdu, hər ikisini… – Göygöldə dəhşətli cinayət

Göygöl rayonunda bacısını və onunla birlikdə olan kişini öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Vüsal Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.

İttihama görə, ötən il avqustun 2-də Göygölün mərkəzində, Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Vüsal Tağıyev bacısı, 1992-ci il təvəllüdlü Vüsalə Tağıyeva və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Nurlan Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Cinayəti törədən Vüsal Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə qətl hadisəsi baş verən ünvanda yaşayırmış.

Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.

İstintaq orqanı tərəfindən Vüsal Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.4-cü ((qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Paylaş: