Ç. Noy 13th, 2019

Sumqayıtda Azərbaycanın ilk qadın metallurqunun 100 illiyi qeyd olunub – FOTOLAR

Sumqayıt şəhər Tarixi Muzeyində sosialist əməyi qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyəti və Zəminə Həsənovanın yaxın qohumları iştirak edib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən çox sayda insanın əməyi var. Şəhərin inkişafında əməyi olan şəxslər bu gün də hörmət və ehtiramla yad olunur. Zəminə Həsənova da hələ gənc yaşlarından öz taleyini bu şəhərlə bağlayıb. O istedadını, bilik və bacarığını doğma şəhərinə həsr edərək, gələcək arzu və niyyətini bu şəhərlə bağlayaraq, böyük hörmət və ehtiram qazanıb.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qeyd edib ki, şəhərin mərkəzi küçələrindən birinə Zəminə Həsənovanın adının verilməsi ilə bağlı artıq sərəncam imzalayıb. Doğulduğu Corat qəsəbəsində isə onun büstü ucaldılacaq. Şəhər rəhbəri sərəncamı Zəminə Həsənovanın nəvəsi Hilal Hüseynova təqdim edib.
Vurğulanıb ki, Zəminə Həsən qızı Həsənova 1918-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O, əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini “Boruprokat” zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. SSRİ-nin Ali Sovetinin Prezidiumunun qərarı ilə 7 mart 1960-cı ildə Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək fəaliyyətindəki uğurlarına görə Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adı və “Oraq və Çəkic” qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.
Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan “Horizont 8” klubunun təşkilatçılarından biri olub. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI Çağırış SSR Ali Sovetinin deputatı olub.
Qeyd olunub ki, 2002-ci ilin 2 oktyabr tarixində Azərbaycan Prezidentinin Sərəncamıyla Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli metallurq Z.Həsənovaya Ələkbər Tağıyevin bəstələdiyi, sözləri R.Zəkaya məxsus “Zəminə” adlı mahnı həsr olunub və müəllifinin Z.Əliyeva olduğu kitab da yazılıb.
O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binaya xatirə lövhəsi vurulub.
Sumqayıt şəhər Tarixi Muzeyinin direktoru Olya İslamova, Şəhər Ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, Zəminə Həsənovanın yaxın qohumu Dostuxanım Zülfüqarova onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Sumqayıtda Azərbaycanın ilk qadın metallurqunun 100 illiyi qeyd olunub - FOTOLAR

Paylaş: