Ç. Noy 20th, 2019

Sabir Sarvanın anım günü Sumqayıtda ehtiramla yad edilib

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıtdakı Poeziya evində  Azərbaycan Yazıçılar Birliyinin ideya müəllifi, yaradıcısı və uzun illər ona rəhbərlik etmiş  şair Sabir Sarvanın xatirəsinə həsr olunmuş   “Xatırlasaz, xatırlansam” adlı tədbir keçirildi.

Şair Əvəz Mahmud Lələdağ tədbir iştirakçılarını salamladıqdan sonra sözü qonaqlara verdi.

Millət vəkili Aydın Hüseynov, Filologiya Elmləri Doktoru,tənqidçi Vaqif Yusifli, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırov, Respublikanın Əməkdar artisti Ağalar Byaramov, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin  sədr müvini  Sərxan Mehdiyev,  Filologiya Elmləri Doktoru, professor Rafiq Yusifoğlu,jurnalist Əli Çərkəzoğlu, yazıçı- ssenarist Hafiz İmamnəzərli, şairlərdən Ofelya Babayeva, Əşrəf Veysəlli, Zirəddin Qafarlı,Həmid Ormanlı və AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək Sabir Sarvan şəxsiyyətinin  və  yaradıcılığının məziyyətlərindən söz açdılar.

Sabir Sarvan adına Uşaq Poeziya Teatrı üzvlərinin ifasında səslənən şeirlər, Sumqayit şəhər 1 nömrəli Usaq-Gənclər İnkisaf Mərkəzinin üzvlərinin ifasında səslənən mahnılar  tədbir  iştirakçıları tərəfindən maraqla qarşılandı.

S.Vurğun adına Mərkəzi Kitabxananın  Sabir Sarvanın həyat  və yaradıcılığını özündə əks etdirən  kitab sərgisi nümayiş olundu.

Sonra ailə üzvləri adından şairin qardaşı Mahmud  Məlikov tədbir  iştirakçılarına və təşkilatçılarına  minnətdarlığını bildirdi.

Paylaş: