C. Dek 13th, 2019

Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək

Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər.
Turkustan.info ovucların içinə baxmaqla xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edir.
-Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.
-Ovuclar tərləyirsə, şümallaşıbsa, parlayırsa- qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.
-Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı – osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.
-Biləyin, əlin şişməsi – beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır. 
-Əllərin içi qızarıbsa, qırmızıdırsa- qaraciyər, öd problemidir
-Eləcə də sarı ovuclar – hepatit, sirroza işarə ola bilər.  /Medicina.az/

Paylaş: