Ça. Avq 20th, 2019

Türk qatildən şok: ABŞ agentiyəm, mənə dedilər ki…

Türkiyənin Konya şəhərinin Cihanbəyli mahalında 2 il əvvəl odlu silahla 5 nəfəri qətlə yetirən Atılqan Kümür ABŞ agenti olduğunu deyib.

Turkustan.info xəbər verir ki, ilkin dindirilmədə qohumları ilə münasibətlərinin pis olduğunu deyən Kümür sonradan Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agenti olduğunu iddia edib:

“Fermerliklə məşğul olurdum. Özümü sizə MKİ agenti kimi təqdim edə bilərəm. ABŞ-lılar və ingilislərlə əməkdaşlıq edirəm. MKİ mənə səlahiyyət verərək “istədiyin adamı öldürə bilərsən, heç kim səni sorğu-sual edə bilməz, biz sənin arxandayıq” dedi. Bir neçə nəfəri də öldürəcəkdim, amma acdığım üçün evə qayıdaraq, səhər yeməyi yedim”.

Konya Ağır Cinayətlər Məhkəməsində cinayətkara ömürlük həbs tələb edilib.

Qeyd edək ki, A.Kümür 2017-ci ildə odlu silahla 4 müxtəlif evdəki 5 qohumunu qətlə yetirib.  /Axar.az/

Paylaş: