Bz. Avq 18th, 2019

İran dəhşət içində: Daha 2 şəhər boşaldılır

İranda 2 şəhərin boşaldılmasına qərar verilib.

Turkustan.info xəbər verir ki, ölkənin şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərində yaşayan əhalinin təxliyyə edilərək 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib. İranın Gülüstan vilayətinin valisi Mirməhəmməd Qəravinin sözlərinə görə, ehtiyat tədbirləri gözlənilən təbii fəlakətin əhaliyə vuracağı zərərin qarşısını almaq üçün görülüb. Qeyd edək ki, İranın bir çox vilayətində son həftə ərzində güclü yağıntılar baş verib. Hazırda Gülüstan vilayətinin Ağqala şəhəri küçələrə dolmuş çirkab sularından təmizlənir.  Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.  /Cebhe.info/

Paylaş: