Bz. Avq 18th, 2019

Proqnozları düz çıxan alimdən şok: İki gün sonra Türkiyədə…

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə Türkiyə ilə bağlı qorxulu açıqlama verib.

Turkustan.info xəbər verir ki, Hugerbits 28, 29, 30 mart tarixlərində Türkiyədə böyük bir zəlzələnin ola biləcəyini iddia edib.

Hugerbitsin Yutub kanalında yayımlanan videosunda qeyd olunub ki, Türkiyə vəziyyəti diqqətli şəkildə izləməlidir, 7 və ya 6 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı yüksəkdir. Seysmik aktivlik cəhətdən xüsusən Aralıq dənizi bölgəsinin fərqlənəcəyi bildirilib.

“Xüsusən mümkün zəlzələ zonaları üçün iki və ya daha çox zəlzələdən söhbət gedir. Həqiqətən diqqətli olmaq və vəziyyəti yaxından izləmək zamanıdır”, – Hugerbits bildirib.

Xatırladaq ki, bundan əvvəl Hugerbitsin bir sıra təxminləri ilə yanaşı, Türkiyə proqnozu da düz çıxmışdı. Belə ki, alimin proqnozlarına uyğun şəkildə Dənizlidə 5.5 bal gücündə zəlzələ baş vermişdi. Həmçinin seysmik aktivliyin artdığı bölgədə son həftədə minə yaxın irili-xırdalı zəlzələ olub.  /Axar.az/ 

Paylaş: