Bz. Avq 18th, 2019

Səhiyyə Nazirliyi “Diqlas”da baş verən yanğınla bağlı məlumat yaydı

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşına təcili tibbi yardım göstərilib.

Turkustan.info xəbər verir ki, bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

O qeyd edib ki, nazirliyin 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstəriblər:

“Yanğın səhər saatlarında baş verdiyində ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.

Paylaş: