C. Sen 20th, 2019

Azerbaijani Association of Minnesota (AAM) Novruz bayramını Minnesotada qeyd etdi

Minnesota da bir il əvvəl yaranan Azerbaijani Association of Minnesota (AAM) martın 16-sı Novruz bayramını təşkil etdi.

Son üç il Minnesota da təşkil olunan Novruz bu səfər tam fərqli idi. İlk dəfə Minnesota tarixində Novruz bayaramı Çikaqoda yaşayan azərabaycanlılarla birgə baş tutdu.

Bu birliyin təşşəbüskarı AAM presidenti Günel Musəvi idi. Təklif Güneldən gəlsədə Çikaqoda yaşayan azərbaycanlıları toplayın Minneapolis-a qətirən Emin Səfərov soydaşımız olub. Novruz bayramın şənliyin təşkilatında AAM-in maliyyə direktoru Muxtar Nəsirov da kömək edib.

Tədbirdə yüzə yaxın həmvətənlərimiz toplanmışdır. Novruz tədbirində geniş program təqdim olundu. Canlı skripka Gassan Guzeynzade ifasında, tar ifası Polad Həmidovun təqdimatında, canlı pianio və sintezatr Muxtar Nəsirovun ifasında, və “O Səs Türkiyə” yarım final iştrakçısı Leyla Rəhimova da çıxış etmişdir. Gecədə əyləncəli yarışmalar da təşkil olunmuşdur, o cümlədən Novruz ənənəsi yumurta döyüşmə yarışması.

Aylar əvvəl Günel belə bir ideanı Minnesota da yaşayan həmsoydaşlara verəndə onu dəstəkləyən olmadı. Amma Günel bu Novruzu Çikaqoda yaşayan azərbaycanlılarla keçirtməqdə böyüq məqsəd görmüşdü. Daha sonra Yusif Musəvinin özəl olaraq Novruz üçün boya ilə çəkdiyi rəsimlər auksiona çıxarıldı və hər üç rəsim Çikaqo və Kenturki də yaşayan soydaşlarımıza satıldı. Əldə olunan gəlir AAM gələcək tədbirlərin təşkilat xərclərinə getdi.

Əsas məqsəd, bir araya gəlib, yeni həmsoydaşlarla tanış olmaq və eyni zamanda məsafələrə son qoymaq idi. Hər şey gözləndiyindən də gözəl keçdi. Ən başda Günel Çikagodan 10-15 adamın gələcəyini düşünürdürsə, Novruz günü 40 yaxın azərbaycanlı qonaq gəldi.

Turkustan.info tədbirdən görüntülər və videonu təqdim edir:

 

Paylaş: