Şb. Sen 21st, 2019

Kəşfiyyatçı Şəhidimiz Ülfət Kərimovun Şəhadət günüdür

Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub.

O, düşmənin iki tankını, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki minaatan (120 mm.-lik) ələ keçirib, üç tankını isə məhv edib. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib.

Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub.

Ü.Kərimov 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Paylaş: