Bz. Avq 25th, 2019

Məhərrəm Əliyevin ailəsindən “Diqlas” AÇIQLAMASI

“26 mart tarixində Bakının Nizami rayonu ərazisində, yanan “Diqlas” Ticarət Mırkəzi ilə əlaqədar, böyük qardaşım Məhərrəm Əliyevin adının hallanmasına görə, münasibət bildirmək istəyirəm. Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir Ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi yoxdur”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Ədliyyə Nazirinin müavini, adı “Diqlas” Ticarət Mərkəzinin sahibi kimi hallanan Məhərrəm Əliyevin qardaşı, millət vəkili Adil Əliyev çıxış edib.

Adil Əliyev bildirib ki, dayısı oğlu Nadir Əzizovun Ticarət Mərkəzinin adı “Ramal”dı: “O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsədə “ Ramal” , özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə İstər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Paylaş: