Bz. Sen 22nd, 2019

“Azərbaycan Nyu York Asossasiyası”nın qarslı prezidenti

“Azərbaycan Nyu York Asossasiyası”nın qarslı prezidenti

Böyük həyat təcrübəsi var. Gənclik illəri çox təlatümlü keçib və siyasi proseslərin təzadlı dövrünə düşüb. Nəhayət Amerikaya gəlib. Buraya gələndən sonra rahat həyata başlayıb. Bizneslə məşğul olub, hara gedibsə qarşısına uğur çıxıb…

Haqqında söhbət açdığım Ərcan Yerdələnli əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vurub. Bir neçə ildən sonra Almaniyaya gedib. Almaniyada olarkən necə deyərlər, başı təhsilə qarışıb. Yeddi il Münhendə universitetdə oxuyub. 1986-cı ildən ABŞ-da yaşayır. Əvvəlcə Nyu Cersi ştatında geyim malları dükanı açaraq ticarətlə məşğul olub. Sonra turizm şirkəti təsis edib. Yeddi il də həmin şirkətə rəhbərlik edib. Eyni zamanda bir neçə dostu ilə ortaq fabrik yaradıblar. Fabrik ABŞ-ın müdafiə departamentinin sifarişi ilə hərbi texnikalar üçün ehtiyyat hissələri istehsal edirmiş. 2006-cı ildən təsis etdiyi “Limuzin” nəqliyyat şirkətinin rəhbəridir…

…Ömür-gün yoldaşı Sunay xanım əslən gəncəlidir, Türkiyənin Iğdır vilayətində dünyaya gəlib. Evdar xanımdır. Üç övladı var- iki qız, bir oğlan. Üçü də ali təhsillidir…

2010-cu ildə “Azərbaycan Nyu York Asossasiyası”na prezident seçilib. Ötən doqquz ildə çox işlər görüb. Hər il 20 yanvardan başlayaraq 31 dekabr azərbaycanlıların həmrəylik gününə qədər müxtəlif tədbirlər təşkil edir. Məsələn, qara yanvarda Nyu Yorkun Bruklin hissəsində olan Eyyub Sultan məscidində 150-200 adama ehsan verir, bundan əlavə faciə ilə bağlı film nümayiş etdirirlər. Adətən bu tədbirə Azərbaycanın BMT-dəki nümayəndəsi və Türkiyə konsulluğunun əməkdaşları da qatılırlar. Xocalı soyqrımında isə BMT-nin, o cümlədən erməni missiyası adlandırılan təşkilatın qarşısında etiraz aksiyaları baş tutur. Novruz bayramı, müstəqillik günümüz və digər milli, rəsmi bayramlarımız bir başqa şadyanalıqla keçirilir. Bu tədbirlərə demək olar ki, Nyu Yorkda yaşayan vətənpərvər soydaşlarımızın böyük əksəriyyəti qoşulur…

Deyir ki,- “Ən böyük istəyim Nyu Yorkun Metropoliten muzeyində Azərbaycan mədəniyyəti və incəsənəti nümunələrinin sərgisini təşkil etməkdir. Düşünürəm ki, iki ay davam edəcək bu sərgidə amerikalılar Azərbaycanla yaxından tanış ola bilərlər. Pensilvaniya ştatının Filadelfiya şəhərindəki dünya ölkələrinin bayraqları olan küçədə üçrəngli bayrağımızın da dalğalanmasına çox çalışıram”…

…ABŞ Demokrat Partiyasının etnik qrupların kordenasiya şöbəsində azərbaycanlılar üzrə məsul şəxsdir. Amerikada olan bütün türk təşkilatları ilə isti münasibəti var. Və bu onun ictimai-siyasi fəaliyyətinə yardımçı olur…

Mütaliə etməyi xoşlayır. Azərbaycan ədabiyyatından hansı kitabı desən evində görmək mümkündür. Bəlkə də kitabxanasında dörd minə yaxın kitab var. İbadətindən qalmır, namazdan, orucdan kəsiri yoxdur. 
Qarabağdan söhbət düşəndə isə çox kövrəldi. “Allaha həmişə yalvarıram, işğal altında olan torpaqlarımızı azad görmədən mənə qıymasın. İstəmirəm ki, bu dünyadan gözü açıq gedim”- deyə gözləri yaşardı…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

Görüntünün olası içeriği: 8 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

Paylaş: