Ca. Sen 19th, 2019

Başqa ailələrin uşaqları qaçqın məktəblərinə qəbul edilməyəcək – AÇIQLAMA

Ramana qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə digər ailələrin uşaqları qəbul edilməyəcək.

Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Ramana qəsəbəsində yaşayan sakinlər məlumat verib.

Valideynlər uşaqlarını yaxınlıqda yerləşən qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan məktəbə yazdırmaq istədiklərini, lakin rəhbərlikdən icazə verilmədiyini deyiblər.  

Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavabında məlumatı təsdiqləyib:

“Məcburi köçkün məktəblərinə bütün siniflər üzrə digər rayonlardan olan uşaqların qəbul edilməsi ilə bağlı məhdudiyyət qoyulub. Bu məhdudiyyətin səbəbi isə ətrafda digər məktəblərin olmasıdır”.

Xatırladaq ki, qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə həm də ərazidə yaşayan digər uşaqlar qeydiyyata götürülürdü. Lakin artıq bu ilin sentyabr ayından etibarən ərazidə yaşamasından asılı olmayaraq, məcburi köçkün olmayan ailələrin uşaqlarının həmin məktəbə qeydiyyatı aparılmayacaq.

Paylaş: