Ca. Sen 19th, 2019

Evlərin güzəştli satış tarixi açıqlandı – MİDA

Apreldə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılacaq.

Qurumdan bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.

Daha ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.    /Axar.az/

Paylaş: