Be. Avq 19th, 2019

Görüş 2 saat davam edəcək – Vyanadan son məlumat

Xarici media İlham Əliyev-Nikol Paşinyan görüşünə diqqət ayırıb.

Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu görüşün iki ölkə liderinin ilk rəsmi görüşü olduğu bildirilir.

Görüş Vyanadakı “Bristol” hotelində keçirilir. Görüşdə iki ölkənin XİN başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak edirlər.

Görüşün 2 saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, buna qədər İlham Əliyev və Nikol Paşinyan arasında 3 dəfə müxtəlif beynəlxalq sammitlərdə təmaslar olub. Bu görüşlər Moskva, Düşənbə və Davosda keçirilib.

***

14:21

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Paylaş: