Be. Avq 19th, 2019

Notariuslar üçün yeni öhdəlik müəyyənləşdi

Azərbaycanda notariuslar üçün yeni öhdəlik müəyyənləşib.

 Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Notariusun etik davranış Kodeksi”ndə dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, ntarius Azərbaycan Notariat Palatasının Ümumi yığıncağında, iclaslarında, təşkil etdiyi təcrübə mübadiləsi, təlim-tədris və digər tədbirlərdə iştirak etməli, qərarları icra etməli, üzvlük haqqını və qanunla müəyyən edilən digər məcburi ödənişləri verməlidir.

Qeyd edək ki, Notariat Palatasının yaradılması “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22 dekaör 2018-ci il tarixli qanunda nəzərdə tutulub. Notariat Palatası (notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları var. Palata bu qanun və nizamnaməsi əsasında fəaliyyət göstərir.

Nizamnamə Palatanın Ümumi yığıncağında qəbul edilir və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

– müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;

– notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;

– notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;

– notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

– digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

Müvafiq icra hakimiyyəti orqanı Palatanın üzvünü notariat fəaliyyətinin yoxlanılmasına cəlb edə bilər. Palatanın üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Palatanın nizamnaməsi ilə müəyyən olunur. Palata müvafiq icra hakimiyyəti orqanına illik hesabat verir.

Müvafiq icra hakimiyyəti orqanının rəhbəri Palatanın qanunvericiliyə zidd qərarına düzəliş edilməsini tövsiyə edə bilər. Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.  /Cebhe.info/

Paylaş: