Be. Dek 16th, 2019

Putin azərbaycanlılarda belə maraq oyatdı – VİDEO

Dünən Qırğızıstana rəsmi səfər edən Rusiya Prezidenti Vladimir Putinin fəxri qarovul dəstəsini qırğız dilində salamlaması sosial mediada azərbaycanlı və türkiyəli izləyicilər tərəfindən maraqla qarşılanıb.

Turkustan.info xəbər verir ki, Vladimir Putinin şərəfinə Ala Arça iqamətgahında hərbi mərasim təşkil olunub.

Rusiya və Qırğızıstan himnləri səslənəndən sonra Rusiya prezidenti əsgərləri salamlayıb.

Onun “Salam, əsgər” xitabı sosial şəbəkələrdə izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub.

/Teleqraf.com/

Paylaş: