C. Noy 22nd, 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı silsilə tədbirlər keçirilib

Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, muzeyin “Şəhidlər qalereyasında” muzeyin fondunda mühafizə olunan materiallar əsasında tərtib olunmuş sərgi nümayiş olunub.

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində rəsm sərgisi keçirilib. Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsmlər nümayiş etdirilib.

 Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın xidmət şöbəsi  “Soyqırım tarixinin dastanı” başlığı altında Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində səyyar sərgi təşkil edib, uşaq şöbəsində keçirilən tədbirdə oxuculara soyqırım haqqında geniş məlumat verilib, mövzu ilə bağlı videoçarx izlənilib, “Tarixi həqiqətlər unudulmur” adlı kitab və dövrü mətbuat mateaillarından ibarət sərgi ilə bağlı xülasə verilib. Şəhərin Gənclər kitabxanasında 1 saylı Peşə litseyi şagirdlərinin iştirakı ilə “31 Mart-Tariximizin göz yaşı” adlı “dəyirmi masa” keçirilib. Dəyirmi masa iştirakçıların;n mövzu ilə əlaqədar çıxışları dinlənilib, kitabxanada tərtib olunan sərgi haqqında oxucular məlumatlandırılıb.

Xızı rayon Heydər Əliyev Mərkəzində və Mərkəzi kitabxanasında da soyıqırım qurbanları anılıb. Keçirilən tədbirlərdə soyqırıma həsr olunmuş “101 il silinməyən qanlı izlər” adlı sənədli və tarixi faktlar əsasında hazırlanmış video çarx nümayiş olunub, məruzələr dinlənilib, müzakirələr aparılıb.

Zəngilan rayon Mədəniyyət evində keçirilən tədbirdə Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Mehman Nəsirov tədbir iştirakçılarına soyqırım haqqında geniş məlumat verib. Sonra soyıqırımı əks etdirən sənədli film nümayiş olunub. Rayonun Tarix Diyarşünaslıq Muzeyində keçirilən anım tədbirində soyqırımla əlaqədar geniş məlumat verilib, sənədli film nümayiş olunub. Rayon Mərkəzi kitabxanasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı kitab sərgisi təşkil olunub.

Qubadlı rayon MKS və rayon mədəniyyət evi ilə birgə keçirilən tədbirdə soyqırım qurbanları yad edilib, fikirlər dinlənilib, müzakirələr aparılıb, videoçarx nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: