Be. Avq 19th, 2019

Türkiyədəki seçki ilə bağlı bizim bir marağımız var”- Çingiz Bayramov

Çingiz Bayramov

Türkiyə Məzunları İctimai Birliyinin sədri

31 martda qardaş Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyə’də keçirilən bütün seçkilər Türkiyə insanı qədər Azərbaycan insanınında marağında və diqqətindədir. Təbii ki, başqa cür də ola bilməz, törəmizdə qardaşın evindən xəbəri olmayan qardaş sayılmır.

Azərbaycan insanının qardaş ölkədə keçiriləcək seçkilərdə hansısa bir siyasi partiyanı, qrupu və s. dəstəkləmək marağı yoxdur. Bizim bir marağımız var, Türkiyəmizdə hansi siyasi təşkilatın və ya namizədin qalib gəlməsindən asılı olmayaraq, uca Türk Millətinin xidmətində və əmrində olsunlar.

Türkiyəmiz daha da güclü və qudrətli dövlətə çevirilsin. Seçkilərdə yarışan bütün siyasi partiyalara və namizədlərə uğurlar diləyir və bu seçkilərin tək qalibinin uca Türk Milləti olsun deyirəm!

Paylaş: