Ca. Sen 19th, 2019

Ukrayna yeni xüsusi silah hazırladı

Ukraynanın “Ukroboronprom” dövlət şirkətinin tərkibinə daxil olan “Spetstexnoeksport” dövlət müəssisəsi yeni elektromaqnit silah hazırlayıb.

Turkustan.info xəbər verir ki, yeni silah müxtəlif tipli hərbi radioelektron vasitələri, o cümlədən enerji təminatı və məlumat ötürülməsi sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Bu silahın elektromaqnit şüalanmanın enerjisindən istifadə etdiyi üçün insanlara heç bir ölümcül təsirinin olmadığı vurğulanıb.

Yeni silahın raket daşıyıcıları ilə bərabər, təyyarələr və pilotsuz uçan aparatlarda da quraşdırılma imkanının olduğu qeyd edilib.

Müəssisə bu texnikanı xarici investisiya hesabına yaratdığını bildirib. Ukrayna şirkətinin layihəsinə yatırımı Hindistanın müdafiə şirkətlərindən birinin etdiyi vurğulanıb. Artıq hazırlanan silahın ilk partiyası bu ilin fevralında Hindistana tədarük edilib.    /Axar.az/

Paylaş: