Ça. Noy 12th, 2019

Dünya Türkləri İttifaqı İrandakı təbii fəlakətlə bağlı bəyanat verib

DÜNYA TÜRKLƏRİ İTTİFAQININ (DTİ) İRANDA BAŞ VERƏN TƏBİİ FƏLAKƏTLƏ BAĞLI BƏYANATI

Artıq bir həftədən çoxdur ki, İran adlanan yerin (Azərbaycanın Güneyi) fərqli zonalarında arası kəsilməyən yağış və sel fəlakəti davam edir. İranın rəsmi qurumlarının verdiyi məlumata görə fəlakət nəticəsində bəndlər və körpülər uçub, iki yüzdən artıq avtomobil, yüzlərlə ev su altında qalıb. Hadisə nəticəsində onlarla insan həyatını itirib, 35-dən çox insan yaralanıb.

Dünya Türkləri İttifaqı olaraq vəfat edənlərə rəhmət, yaralananlara və xəsərət alanara can sağlığı dilәyirik. 

Onu da qeyd edək ki, İran höküməti yenə öz ənənəsinə sadiq qalır. Türklərin yaşadığı Türkəmən səhra və Ağqala zonasına yardım göstərməməklə yanaşı ölkənin türklər yaşayan başqa-başqa bölgələrindən gedən yardımların qarşısını da almaqdan çəkinmirlər. Qeyd etdiyimiz kimi soydaşlarına köməyi ancaq İranda yaşayan türklərin özləri edirlər.

Dünya Türkləri İttifaqı olaraq İranda baş verən hadisələrdən narahat olduğumuzu bildirir, İran hökümətini daha həssas davranmağa çağırırıq və hər zaman soydaşlarımızın yanında olduğumuzu bəyan edirik.

 

DTİ-nin  Azərbaycan  Baş Ofisi
Ünvan: Azərbaycan Respublikası Bakı şəhəri

Paylaş: