Ça. Okt 22nd, 2019

Bakıda qardaş qardaşı güllələdi

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.
Turkustan.info-nun ONA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zağrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Paylaş: