Be. Avq 19th, 2019

Deputat “KAZBEK” mahnısına görə nazirə və baş prokurora müraciət etdi – VİDEO

Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Turkustan.info xəbər verir ki, deputat özünün Facebook səhifəsində mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib:

“Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı… Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.  /Modern.az/

Paylaş: