Şb. Okt 19th, 2019

QARABAĞIN GÖZÜ YOLDA” ADLI QISAMETRAJLI FILMIN TƏQDIMATI VƏ “31 MART SOYQIRIMI” GÜNÜNƏ HƏSR EDILMIŞ TƏDBIR KEÇIRILİB

Bugün Beynəlxalq Mətbuat Mərkəzində Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Qarabağın gözü yolda” adlı qısametrajlı filmin təqdimatı və “31 mart soyqırımı” gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə millət vəkilləri, QHT rəhbərləri, ictimai xadimlər, mətbuat nümayəndələri, Qarabağ qaziləri, idmançılar, tələbələr və müxtəlif sahələrdə çalışan qonaqlar iştirak etmişdir.

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar
Tədbiri giriş sözü ilə açan BDAT-ın Azərbaycan nümayəndəliyinin sədri Könül Məmmədzadə rəhbəri olduğu təşkilatın ideya və məqsədinin Azərbaycan həqiqətlərini dünyaya doğru şəkildə çatdırmaq olduğunu, ermənilərin uzun illər boyu Azərbaycan xalqına qarşı apardığı vandalizmdən, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsindən, “Qarabağın gözü yolda” adlı qısametrajlı filmin ərsəyə gəlməsindən danışaraq, qonaqlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını çatdırmışdır. 

Görüntünün olası içeriği: 2 kişi
Daha sonra millət vəkilləri Rəfael Cəbrayılov və Dilarə Cəbrayılova çıxış edərək, 1998-ci ildən 31 martın Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsindən, 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmasından, tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciədə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsindən danışıblar.

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan
AMEA Folklor İnstitutunun əməkdaşı, BDAT-ın sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevə (Elyar İslamoğlu) çıxış edərək “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının 1905-ci ildən başlayaraq öz havadarlarının köməyilə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırım törətməsindən, 1918-ci ildə on iki min dinc sakin olan azərbaycanlının qətlə yetirilməsindən, milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələri dağıdılmasından danışaraq, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin, televiziyada, mətbuatda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanmasının vacibliyini vurğulamış, şəhər sakinlərinin və xarici qonaqların çox olduğu məkanlarda şəhidlərin haqqında məlumat olan videoroliklərin nümayiş etdirildiyi böyük elektron lövhələrin quraşdırılmasını təklif etmişdir. 

Görüntünün olası içeriği: 7 kişi, oturan insanlar, masa ve iç mekan
Tədbirdə çıxış edən filmin rejissoru, Londonda, Rusiyada ilin rejissoru adına layiq görülmüş, Rusiya Federasiyası Yazıçılar İttifaqının fəxri ad almış azərbaycanlı üzvü Ümid Amin Qarabağ həqiqətlərinin gənc nəslə çatdırılması üçün yeni bir filmə ehtiyac olmasından, filmdə vətənpərvərliyin Mübariz İbrahimovun timsalında təsvir edilməsindən, filmdəki işğaldan sonra bərpa səhnəsinin izləyənlərdə ruh yüksəkliyi yaradacağından bəhs etmişdir. 
Sonra 9 qat dünya, 3 qat Avropa çempionu, Əməkdar və Beynəlxalq idman ustası, Tayboksinq Federasiyasının vitse prezidenti Araz Musayev çıxış edərək, gənc nəsli vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini qeyd etmişdir.
Qarabağ qazisi İslam Əzimov çıxış edərək məktəblərdə hərbi dərslərinin daha yüksək şəkildə tədris edilməsinin diqqətə çatdırmışdır. 

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar
Avrasiya Kimbat Cin-Citsu Federasiyanın və Braziliya Ciu-Citu Ictimai Birliyinin prezidenti Aqil Acalov isə öz çıxışında erməni vandallarına qarşı mübarizə aparmış qəhrəmanların şücaətini gənc nəslə təbliğ etməyin vacibliyini vurğulamışdır.
Sonda “Qarabağın gözü yolda” adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 5 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 1 kişi, oturuyorGörüntünün olası içeriği: 1 kişi, oturuyor

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

 

Paylaş: