C. Noy 15th, 2019

AKP-dən 30 il sonra ilk zəfər: Öcalanın doğulduğu məkanda

PKK lideri Abdullah Öcalanın doğulduğu Şanlıurfanın Halfeti mahalında bələdiyyə seçkilərində 30 il sonra ilk dəfə HDP və ya onunla ittifaqda olmayan bir siyasi partiya qələbə qazanıb.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ümumilikdə 27 min 30 seçicisi olan mahalda 22 min 48 nəfər səsvermə hüququndan istifadə edib. 6 namizədin yarışdığı mübarizədə AKP və HDP namizədləri arasında qızğın rəqabət gedib. AKP namizədi Şərəf Albayraq ilkin hesablamalardan etibarən HDP namizədi Əbdürrəhman Çiftçini qabaqlayıb. Yekun nəticədə isə 11 min 172 (54.92 faiz) səs toplayan Albayraq 7 min 640 səs (37.56 faiz) toplayan rəqibini üstələyərək tarixi qələbə qazanıb.   /Axar.az/

Paylaş: