Ç. Noy 20th, 2019

İqdırda nəticələr dəyişdi – Azərbaycanlı namizəd məğlub oldu

Türkiyədə baş tutan bələdiyyə seçkilərində Azərbaycan üçün maraq doğuran İqdır vilayətində nəticələr yenidən dəyişib.
Turkustan.info xəbər verir ki, səslərin tamamının sayılması, Cumhur ittifaqından MHP-li namizəd İsa Yaşar Tezelin qalib gəlməsi məlumatı verilsə də, sonradan dəyişən nəticələrə əsasən, HDP namizədi Yaşar Akkuş qələbə qazanıb.
Məlumata görə, Yaşar Akkuş 50,12 faiz səs toplayıb və İqdır bələdiyyə seçkilərində qələbə qazanıb. Azərbaycan əsilli İsa Yaşar Tezel 48,89 faiz səslə ikinci yerdə qərar tutub.   /BakuPost/

Paylaş: