Elçin Rüstəmli “Türküstan”da redaktor oldu

Tanınmış jurnalist, siyasi şərhçi Elçin Rüstəmli bundan sonra fəaliyyətini “Türküstan” qəzetində və Turkustan.info saytında redaktor olaraq davam etdirəcək.

Bu haqda sözügedən media orqanlarının baş redaktoru Aqil Camal bildirib: “Yeni dönəmdə “Türküstan”ın qəzet və xəbər portalı olaraq fəaliyyətini genişləndirmək niyyətindəyik. Qəzetimiz rəngli, 2500 tiraj olmaqla səhifə sayı 16-dan 24-ə artmaqla nəşrinə davam edəcək. Həmçinin, saytımızda yeniliklər olacaq. Əməkdaşların sayı artırılacaq. İnanıram ki, fəaliyyətimizin uğurlu alınmasına Elçin Rüstəmli öz töhfəsini verəcək”.

Qeyd edək ki, Elçin Rüstəmli indiyədək “Azadlıq”, “Bizim Yol”, “Hürriyyət” qəzetlərində, Strateq.az saytında müxbir, redaktor, redaktor müavini kimi vəzifələrdə çalışıb. Davamlı olaraq siyasi, beynəlxalq, sosial-iqtisadi mövzularda şərhlərlə, analitik yazılarla çıxış edir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle