Ca. Dek 12th, 2019

Almaniyada azərbaycanlı ailəyə görə QALMAQAL

Almaniya televiziya kanalı WDR, Şimali Reyn-Vestfaliya federal əyalətində alman cəmiyyətinə inteqrasiya proqramında iştirak edən azərbaycanlı miqrantlarlar-İsgəndərovlar ailəsi ilə bağlı hesabat hazırlayıb. Ancaq alman miqrasiya orqanları sonradan ailənin başçısı Rəşad İsgəndərovu və onun uşaqlarını deportasiya etmək barədə qərar qəbul ediblər.

Bu ailə haqda süjet www1.wdr.de telekanalının saytında yayımlanıb.

Azərbaycanlı ailə haqda reportajda deyilir ki, İradə və Rəşad İsgəndərovlar işəgötürənlər tərəfindən yüksək qiymətləndirilən və hörmət göstərilən əməkdaşlardır. Məsələn, İradə İsgəndərova informasiya texnologiyaları sahəsində yüksək səviyyəli mütəxəssisdir.

Bununla belə, Düsseldorfun miqrasiya orqanları Rəşadı və onun uşaqlarını deportasiya etməyi qərara alıblar. Bunun rəsmi səbəbi kimi azərbaycanlı cütlüyün uşaqlarının yaşı göstərilib. Miqrasiya orqanlarının fikrincə, 5 və 9 yaş uşaqların tolerantlıq təhsili ilə bağlı Almaniya qanunlarının icazə verdiyindən böyük həddir.

Rəşad vəsatət qaldırıb ki, İradəyə icazə verildiyi kimi, ona və uşaqlarına da ən azı 2021-ci ilədək Almaniyada qalmağa icazə versinlər. Amma miqrasiya orqanları bu vəsatəti rədd ediblər.

Süjetdə eyni zamanda, Şimali Reyn-Vestfaliya federal əyalətinin inteqrasiya məsələləri üzrə naziri Yoaxim Stump çıxış edib və azərbaycanlı ailənin vəziyyəti barədə məlumat verərək, burada təcrübəli işçilərin çatışmazlığı ilə bağlı böyük problem yaşandığını bildirib. Nazir, miqrasiya məmurlarından Almaniyada “həqiqətən yaxşı inteqrasiya edilmiş tolerant insanlarla bağlı uzunmüddətli bir perspektiv” yaratmaq üçün səlahiyyətlərindən istifadə etmələrini tələb edib. Nazir bildirib ki, bunun üçün qanuni əsas var. Onun sözlərinə görə, bu, yaşayış hüququ haqda Federal qanunun 25b maddəsində əksini tapıb.

“Sadəcə bu maddədən praktikada çox az istifadə olunur”, – Joaxim Stump əlavə edib.

Alman telekanalının saytının verdiyi məlumata görə, İsgəndərovlar ailəsi haqda proqram televiziyada yayımlandıqdan sonra Düsseldorfun miqrasiya orqanları gözlənilmədən qərarını dəyişdirib, Rəşad İsgəndərovun və onun uşaqlarının 2021-ci ilədək Almaniyada qalmalarına icazə verilib.

Telekanalın saytındakı məqalədə deyilir ki, bu, hakimiyyətin “hansı daha əhəmiyyətlidir – Rəşad İsgəndərovun yüksək səviyyəli mütəxəssis olması və tolerantlığı, yoxsa onun uşaqlarının yaşı” məsələsində öz həll etmək hüququndan istifadə etməsindən sonra mümkün olub.

Bununla belə, inteqrasiya məsələləri üzrə nazir Yoaxim Stump hesab edir ki, bu azdır. O, tələb edir ki, insanların, hansılar ki, məsələn, son üç ili Almaniyada keçiriblər, qanun pozuntularına yol verməyiblər, alman dilini öyrəniblər və burada işi tapıblar, ikiillik sınaq müddəti ilə yaşamaq üçün sənəd almalarını nəzərdə tutan Federal qanun qəbul olunmalıdır. Kimlər ki, sonradan da bu meyarlara cavab verəcək, onlara daimi yaşayış icazəsi verilməlidir. (virtualaz)

Paylaş: