Bz. Avq 18th, 2019

Ən xeyirli ŞORBALARIN adları açıqlandı – Dietoloq MƏSLƏHƏTİ

Dietoloq ən xeyirli şorbaların adını açıqlayıb. 
Həkim-dietoloq Elena Livantsova Rusiya mediasına açıqlamasında insan səhhəti üçün ən xeyirli olan şorbaların adını açıqlayıb. Həkim deyib ki, bu şorbaları insanların tez-tez içməsi məsləhətdir. 
Bunlardan ən birincisi tərəvəz şorbasıdır. Ətli şorbalar da insanlar üçün xeyirlidir. Ancaq bu cür şorbalar ürək-damar xəstəlikləri olan insanlara tövsiyə edilmir. Həkim göbələk şorbasının da xeyirli olduğunu bildirib. Ümumiyyətlə, həkimlər insanların tez-tez şorba içməsini məsləhət görür. (moderator.az)

Paylaş: