Bz. Noy 17th, 2019

Qatar təcili yardım maşınını əzib keçdi: Ölənlər var

Polşanın Puşikovo şəhərində sürətlə hərəkət edən qatar dəmiryolu keçidində təcili tibbi yardım maşını ilə toqquşub.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində iki tibbi işçisi – həkim və feldşer hadisə yerindəcə həlak olub, sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Toqquşmanın videogörüntüsü YouTube-da yayılıb.

Təcili tibbi yardım maşını dəmiryolu keçidini keçməyə çalışan zaman şlaqbaum bağlanıb, sürücü manevr etməyə çalışsa da, bütün səyləri boşa çıxıb və qatar onu əzərək kənara atıb.

Təcili yardım briqadası Puşikovo şəhərində ağır vəziyyətdə olan xəstəni Poznani şəhər klinikasına aparmağa gedirmiş…

Paylaş: