Şb. Noy 16th, 2019

Ərdoğan Putinlə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu, 2019-cu ildə liderlər arasında üçüncü görüş olacaq.  

“Anadolu” agentliyinin məlumatına görə, səfərdən əvvəl Ərdoğan Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb. 

O, Putinlə görüşündə müzakirə ediləcək məsələləri açıqlayıb:

“Putinlə ikitərəfli münasibətlər, Suriya başda olmaqla regional və beynəlxalq problemləri, eləcə də, viza məsələsini müzakirə edəcəyik”.

Ərdoğanın sözlərinə görə, ötən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 15 faiz artaraq, 26 milyard dollara çatıb.(oxu.az)

Paylaş: