Bz. Sen 15th, 2019

Azərbaycanlı deputat İran parlamentində od püskürdü: “Fələstinlə Qarabağın nə fərqi…” – VİDEO

Bu şəxs İran parlamentinin Güney Azərbaycanın Urmiyə şəhərindən seçilmiş millət vəkili Ruhullah Həzrətpur Təlaiyədir.
Farsca çıxışında mənsubu olduğu dövləti – yəni İran rejimini Xocalı soyqırımı ərəfəsində Ermənistanın baş nazirini Tehrana dəvət etdiyi üçün ittiham edir , soruşur ki, məgər İran dünyadakı bütün müsəlmanların yanında olduğunu bəyan etmirmi və Xocalıda öldürülənlər müsəlman deyildilərmi?
“Fələstini müdafiə edirsiniz və Fələstinlə Qarabağın nə fərqi, hər ikisi işğal edilməyibmi?” deyə sual edir, hesab sorur öz hökumətindən.
Sonunda isə “Azərbaycan” şeirini səsləndirir tribunadan.

Paylaş: