Ç. Okt 23rd, 2019

Siyavuş Novruzov: “Avropa Məhkəməsinin cərimələrinə kim səbəb olubsa, o da ödəməlidir”

“Avropa Məhkəməsinin Azərbaycana kəsdiyi  cərimələri dövlətin üstünə atmaq olmaz. Bu cərimələrin qəbuluna kim səbəb olubsa, o ödəməlidir”.

Türküstan.info xəbər verir ki, bunu YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov musavat.com-a müsahibəsində deyib.

“Düzdür, Avropa Məhkəməsinin əksər qərarlarında məsələlərə qərəzli yanaşma olur. O qərarların əksəriyyətini izləmişəm. Onlar verilən cəzaya, yaxud başqa bir məsələyə aid deyil. Lap elə seçkilərdə də hər hansı bir dairənin nəticəsi ilə bağlı qərar qəbul etmir, proseslə bağlı qərarını verir. Ən çox səhvlərə prosedur qaydalarla bağlı yol verilir. Prosedur qaydalar pozulursa, Avropa Məhkəməsi hesab edir ki, nəticədən asılı olmayaraq, burada çıxarılan qərar düzgün deyil. O baxımdan da həmin prosesə nəzarəti bilavasitə hakimlər həyata keçirir. Yenə deyirəm, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların əksəriyyəti qərəzlidir, fərdə görə qərar qəbul edirlər, çox sayda mülkiyyətlə və digər məsələlərlə bağlı qərar olub. Digər qərarların hamısı hüquqi deyil, siyasidir və bunlar da qərəzlidir”-de S.Novruzov vurğulayıb.

Paylaş: