Ça. Dek 10th, 2019

Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı geri qaytarılır

Almaniyada 10-dan çox ailə deportasiya edilmək üçün Düsseldorf şəhər hava limanına gətirilib. 

Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 09 aprel 2019-cu il səhərə yaxın 10-dan çox azərbaycanlı ailə xüsusi rejslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Həmin soydaşlarımızın əksəriyyəti 5 fevral 2019-cu ildə Düseldorf hava limanına aparılan, lakin nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə yenidən öz yaşayış yerlərinə qaytarılan ailələrdir. Hava limanına aparılanlar arasında siyasi partiya fəalları, xəstələr, ailə üzvlərindən bəziləri evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlarnı qərarı icra etməkdən çəkindirməyib. Deportasiyası nəzərdə tutulanlar Almaniyada müvəqqəti yaşamaq üçün müraciət edən və müraciəti rədd olunan, barələrində olan məhkəmə araşdırmaları isə başa çatan şəxslərdir.

“Əldə etdiyimiz məlumata görə onlardan 12 nəfəri readmissiya sazişinin tələblərinə uyğun qaytarılan şəxslərdir. Əlaqə saxladığımız soydaşlarımız və onların ailə üzvləri polis tərəfindən etik davranış qaydalarına əməl olunduğunu və onlara münasibətdə zorakılıq hallarının tətbiq olunmadığını bildirdilər”– deyə “Leqat” inteqrasiya mərkəzindən bildirilib. (AzEuroNews.com)

Paylaş: