Bz. Okt 20th, 2019

Bu yayın xit mahnısı tanınmış fitness-treiner tərəfindən ifa olundu

Azərbaycanlı gənc, fitness-treiner müəllimi 23 yaşlı Hüseyn Vəliyev aqustik-xit mahnı ərsəyə gətirib.

Rus dilində aranjman olunan “Mənimlə rəqs elə”(“Танцуй со мной”) mahnısının sözləri və bəstəsi gənc ifaçının özünə məxsusdur. Mahnı ərsəyə əldikdən sonra Remo Neal və başqa pop və estrada ifaçıları öz müsbət fikirlərini bildiriblər. Xit mahnı Rusiyanın “Kontakt” sosial şəbəkəsində və instaqramda izləyicilərin böyük marağına səbəb olub.

Mahnının müəllifi, “Qartal” idman klubunun fitness-treiner ustası Hüseyn Vəliyev Qərb universitetinin İşgüzar inzibatçılıq fakültəsində, Biznesin idarə edilməsi ixtsisası üzrə ali təhsil alıb. 8 ildən artıqdır ki, fitness-treinerlə məşğuldur. 1 ilə yaxındır ki, rus mahnılarına əlavə çalarlar edərək onları daha da aqustik və cəlbedici formaya salır. Ərsəyə gələn mahnı Hüseyn Vəliyevin ilk mahnısıdır və o, bir ifaçı kimi daha çox SAİN ləqəbi ilə tanınır.

Qeyd edək ki, ifaçı idmanla məşğul olmasına baxmayaraq, o incəsənət sahəsində də istedadı olduğunu üzə çıxarıb və bu əksər pop sənətçiləri tərəfindən bəyənilib. Müəllif hazırda ikinci mahnının ərsəyə gəlməsi üçün çalışır və yaxın zamanlarda həmin mahnı da aranjman olunaraq youtube kanalında paylaşılacaq.

Paylaş: