Be. Dek 9th, 2019

Deputatlar parlamentə hərbi formada gəldilər -FOTO

Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər.

Bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. “Sepah”ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti “Sepah”ı dəstəkləyir və hər zaman onun yanında olacaq. İran ordusunun əsasını təşkil edən “Sepah” regionda terrora qarşı mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirib.

Xatırladaq ki, dünən axşam ABŞ Prezidenti Donald Tramp “Sepah”ın xarici terror təşkilatları siyahısına salındığını bəyan edib. Bunun ardınca isə İran ABŞ ordusunu terror təşkilatı, əsgərlərini isə terrorçu elan edib. (AzərTAc)

Paylaş: