Bz. Avq 18th, 2019

Atasının sümüklərini məzardan çıxarıb GÖRÜN NƏ ETDİ – Rəssamdan TÜKÜRPƏDİCİ ƏMƏL

“Dünyaya əsl sənət göstərməkdən qorxmamalıyıq”

33 yaşlı çinli sənət üçün atasının məzarını qazıb qalıqları ilə çılpaq poza verib.

Xəyalı atasının qalıqları ilə çılpaq şəkil çəkdirmək olan çinli Siyuan illər sonra bunu etməyə qərar verib.

Siyuanın anası Lin Shan şəkil çəkdirmək üçün qəbristanlığın nəzarətçisindən icazə alıb.

Çində ailə üzvlərinin qalıqları və məzarları ilə bağlı bir çox batil inanc var. Birinin məzarını qazmaq və ya ölüləri narahat etmək çinlilərə görə hörmətsiz hərəkətdir və pis şans gətirdiyinə inanılır.

Bütün bunlara baxmayaraq məzarlığın nəzarətçisi ailənin bu istəyinə qarşı gəlməyib və Siyuanın atasının sümükləri ilə çəkil çəkdirməyə kömək edib.

Siyuan çəkdiyi bu şəkilləri sənət internet saytı olan Artand və Çin mikrobloq saytı “Weibo”da paylaşıb. Paylaşımlar sosial media istifadəçilərinin sərt reaksiyalarına səbəb olub.

Bu şəkillərin yer aldığı səhifə təxminən 28 milyon dəfə kliklənib.

Tənqidlərdə “Rəsmən şöhrət üçün atanın məzarını qazırsan” deyilir.

Siyuan isə bu tənqidlərə qulaq asmayıb və hiss etdiklərini belə ifadə edib:

“Möhtəşəm duyğu idi. Atamı şkafdan çıxarmış kimi hiss etdim. Onunla yan-yana uzanmaq məni çox xoşbəxt etdi. Şəkillərdə çılpaq olmaq mənim üçün vacib idi. Çünki dünyaya çılpaq gəlmişik və çılpaq gedirik. Dünyaya əsl sənət göstərməkdən qorxmamalıyıq”. (aznews.az )

Paylaş: