Şb. Sen 21st, 2019

Dərbəndin meri həbs edildi -SƏBƏB

Hüquq-mühafizə orqanları Dağıstanın Dərbənd rayon administrasiyasında axtarış aparıblar, rayon meri Məhəmməd Cəlilovu dindiriblər. Ekspertlər isə ondan qisas alındığını deyirlər.

Türküstan.info azadliq.orga- istinadən xəbər verir ki, Cəlilov 2018-ci ilin martında vəzifə səlahiyyətini aşmaq ittihamıyla saxlanıb. İstintaq onun sovxoza məxsus bir neçə hektar ərazini Dağıstanın keçmiş başçısı Ramazan Abdullatipova yaxın biznesmenə satdığını, respublikaya 2,2 milyon rubl ziyan vurduğunu bildirirdi. Ancaq dekabrda ona qarşı ittiham ləğv olundu və vəzifəyə bərpa edildi.

“Çernovik” qəzetinin yazmasına görə, Dərbənd merinin nəinki cinayət məsuliyyətindən yayınması, hətta vəzifəyə bərpa olunması güc strukturlarını “cin atına mindirib”. Ona görə də onlar köhnə işləri qaldırmağa başlayıblar.

“Dərbənd” informasiya agentliyinin baş redaktoru Milrad Fətullayev də düşünür ki, Cəlilovun saxlanması respublika rəhbərliyinin onun qayıdışından narazılığını göstərir. Onun fikrincə, Cəlilov rayonun keçmiş başçısı Qurban Qurbanovun siyasətini təkrarlamağa başlayıb. Hüquq-mühafizə orqanlarının Qurbanova da iddiaları vardı. O, başqa ölkədə gizlənirdi və ittihamlar qaldırılandan sonra Dağıstana qayıdıb, vəzifəyə qayıdacağını da istisna etmir. Hazırda isə Azərbaycan İqtisadi Universitetinin Dərbənd filialının rektorudur.

“Məncə, istintaq orqanları göstərmək istəyirlər ki, Dağıstanda belə bir davranış qəbuledilməzdir. Ola bilsin, irəli sürməyə ittiham tapıblar və sübut etmək istəyirlər ki, Mahaçqalaya qulaq asmaq lazımdır”, – Fətullayev deyib.

Paylaş: