Ça. Avq 20th, 2019

Putin Ruslan Bayramova MÜKAFAT verdi – FOTO

Soydaşımız Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.

Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib. 

Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb. 

Həmyerlimiz Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Onun həyata keçirdiyi əsas layihələrdən biri unikallığı ilə seçilən və dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verən “ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzidir. (AzərTAc

Paylaş: