Bz. Avq 18th, 2019

Qeyri-sağlam qidalar erkən ölümün əsas səbəbkarıdır – ARAŞDIRMA

Vaşinqton Universitetinin alimləri artıq duz qəbulu və lazımi səviyyədə bütövdənlilər, meyvə-tərəvəz qəbul etməməyin hər il 11 milyon nəfərin ölümü ilə nəticələndiyini müəyyən edib.

Turkustan.info bildirir ki, tədqiqatçıların hesablamalarına görə, qeyri-sağlam qidalanma tütün məmulatlarından daha çox can alır. Gündəlik qida rasionunda normadan artıq natriumun (duz tərkibində) yer alması üç milyon nəfərin həyatına son qoyur.

Bütövdənlilərin normadan az qəbulu üç milyon, meyvə-tərəvəzin isə lazımi səviyyədə qəbul olunmaması ildə iki milyon nəfərin ölümü ilə nəticələnir. Alimlər müəyyən edib ki, balanslaşdırılmamış qidalanma ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini əhəmiyyətli dərəcədə artırır.

Paylaş: