Ca. Sen 19th, 2019

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Günəşim” kukla tetarının təqdimat mərasimi keçiriləcək

Aprelin 16-da da saat 15:00-da Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə “Günəşim” kukla tetarının təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunacaq.

Klubun uşaqlardan ibarət “Buratino” rəqs qrupunun şən rəqsləri və klounların məzhəkəli çıxışları ilə müşayiət olunan təqdimat mərasimində uşaqlar maraqlı vaxt keçirəcək, əyləncəklər.

Qeyd edək ki, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun nəznində yaradılan yeni kukla teatrının məqsədi Uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaqdır.

“Günəşim” kukla teatrının ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri  Ramilə Sadıqova, səs rejissoru Emil Muraddır.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: