02 Oktyabr 2020 03:22

Elina Hacıyevanın ölümündə həkim məsuliyyətsizliyi sübut olunsa…

Aprelin 4-də VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ölkə gündəminin ən çox müzakirə və narahatlıq doğuran mövzusuna çevrilib. Rəsmi qurumların məsələyə dair “istintaq gedir, hər hansı informasiyanın verilməsi istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilə bilər” açıqlamaları azyaşlının ölümü ətrafında yaranan ajiotajı daha da artırır. Məktəblinin ölümünə əxlaqsız donu geyindirməyə çalışanlar isə dayanmadan mərhumun olduğu sübuta yetirilməyən, üzünün görünmədiyi foto və videoları tirajlamaqda davam edirlər. Bu məsələnin bir tərəfi. Əsas tərəf isə Elina Hacıyevanın anası Sevil Hacıyevanın “Həkimlər qızımı işləməyən aparata qoşduğundan, lazımi təcili tibbi yardım göstərmədiyindən dünyasını dəyişib” iddiasıdır. Əgər istintaqın gedişində bu iddia sübuta yetirilərsə, tibb personalı məsuliyyətə cəlb oluna bilərmi?

“Səhiyyə müəssisələrində xidmət çox aşağıdır”

 

Turkustan.info bildirir ki, mözvu ilə bağlı  hüquqşünas Əliməmməd Nuriyev modern.az-ın suallarını cavablandırıb.

Ə.Nuriyev bildirib ki, bütün hallarda ona müraciət edən, eyni zamanda köməksiz vəziyyətdə olan şəxslərə tibbi yardım göstərmək həkimin peşə borcudur:

“Məktəbliyə vaxtında kömək olub-olmayıb, bu məsələlər ciddi araşdırma tələb edir. Bəribaşdan kimisə günahlandırmaq önyarğı ola bilər. Eyni zamanda, araşdırma tələb edən işlə bağlı bu vəzifəni yerinə yetirənlərə əlavə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Ümumiyyətlə bir çox səhiyyə müəssisələrində xidmət səviyyəsinin aşağıdır. Səhiyyə sahəsinə diqqət artırılmalıdır. Xüsusilə həkimlərin funksional vəzifələrinin icrası ilə bağlı protokollar var. Hər bir funksiya müvafiq qaydada müəyyənləşdirilib. Amma onlar bunu dəqiqliyilə icra edirlərmi? Bu, hərtərəfli araşdırılmalıdır”.

“Direktorların vəzifəsi yalnız göstəriş verməkdən ibarətdir”

 

Hüquqşünas qeyd edib ki, məktəblinin ölümü ilə bağlı prosesdə çox qəribə gedişat müşahidə olunur:

“Orta məktəblərdə böyük ictimai dinləmələrə ehtiyac var. Tərbiyə, məktəb-valideyn əlaqələri, idarəetmənin qurulması, eyni zamanda  direktorların funksiyaları ilə bağlı məsələlər ciddi müzakirə edilməlidir. Ümumiyyətlə,  araşdırılmalıdır ki, direktorlar nəyin marağındadırlar? Onların işi təhsilin keyfiyyətinin artırılması ilə bağlı vəzifələrinin icrası, yoxsa yeganə olaraq inzibati nəzarəti həyata keçirmək və göstərişlər verməkdənmi ibarətdir? Mütləq şəkildə direktorların vəzifə funksiayalarının icrasına da yenidən baxılmalıdır.

Bu hadisə ətrafında çox müxtəlif versiyalar söylənilir. Məsələ burasındadır ki, uşaq intihar edib. Bu uşağı o intihar həddinə çatdıran səbəblər araşdırılmalıdır. Eyni zamanda, məktəblərdə psixoloqların işləyib-işləmədiyi aydınlaşdırılmalıdır. Orta mətəblərdə belə ştatın olması mənə məlumdur, amma orda çalışanlar vəzifələrini hansı şəkildə icra edə bilirlər? Vaxtlı-vaxtında şagirdlərlə müvafiq işlər görülsəydi, suisidlərə də yol verilməzdi. Bu proseslərə yenidən baxılmalıdır”.

 

 

“Məktəb-valideyn əlaqələri yetərli deyil”

 

Hüquq müdafiəçisinin sözlərinə görə, qeyd edilən məsələlərlə bağlı məktəblərdə çox ciddi problemlər qalmaqdadır:

“Məktəb-valideyn əlaqələri yetərli deyil. Əlbəttə valideynin də rolu var. Məsuliyyət 50-nin 50-yədir. Amma məktəb elə bir situasiya yaratmalıdır ki, valideyn məktəbə yalnız maddi yardım etmək haqqında düşünməsin. Valideyn məktəbin yadına maddi yardım edilən vaxtda düşməsin. Əgər məktəbin valideynlə sağlam əlaqəsi olsaydı, problem bu həddə qədər gəlib çıxmazdı. Eyni zamanda, digər bu kimi halla qarşılaşanlara da kömək etmiş olardı. Məktəb bunu arzulamayıb. Mən məktəbin o uşağa yardım etmək arzusunu görmürəm. Vurğulayaraq deyirəm ki, məktəblərdə daha çox başqa məsələlərə diqqət yetirilir, nəninki uşaqların təlim-tərbiyə və psixoloji məsələlərinə. Bu dediyim kimi olmasaydı, bu gün ölkədə repititorluq bu qədər geniş yayılmazdı. Bu gün məktəblər öz funksiayalarını yerinə yetirə bilmirlər. Bamayaraq ki, maddi-texniki baza tam olaraq yenilənib. Yüzlərlə məktəb tikilir, təmir edilir. Texniki baxımdan təhsil verməyə şərait var. Amma əsas məsələ-idarəetmə və keyfiyyət baxımından çox ciddi problemlər qalmaqdadır. Bu iş tamamilə yenidən qurulmalıdır.
Hazırda islahatlara cəhdlər edilir, amma prosesə kompleks yanaşmaq vacibdir”.

 

“Prezident və Birinci xanımın nəzarətində olan məsələ mütləq obyektiv araşdırılmalıdır”

 

Ə.Nuriyev həmçinin deyib ki, direktorun Elinanın intiharından 2 saat sonra təcili tibbi yardıma çağırış etməsi iddiası da sübuta yetirilərsə, o, cinayət məsuliyyətinə cəlb edilə bilər:

“Bütövlükdə ölümün səbəblərinin nə ilə bağlı olmasına aydınlıq gətirilərsə, o cümlədən vaxtında təcili tibbi yardımın çağırılmaması sübut olunarsa, hüquqi qərarlar qəbul oluna bilər. Bildiyim qədərilə hazırda araşdırma gedir və bu müddətdə direktor vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, çoxsaylı telefon danışıqları yayılır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu detalların hamısını ciddi araşdırandan sonra müvafiq qərar qəbul edəcəklər. Ələlxüsus da ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məsələni şəxsi nəzarətinə götürüb. Hesab edirəm ki, bu da həmin qurumların məsələyə dəqiq, obyektiv yanaşmasını, həm də sürətli həllini ortaya qoyacaqlar. Çünki Prezident və Birinci xanımın nəzarətində olan məsələ mütləq obyektiv araşdırılmalıdır”.

Qeyd edək ki, aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar edib. Aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri