Ça. Avq 20th, 2019

Naxçıvan yaxınlığında 20 erməni hərbçi yaralandı

Ermənistanın Sünik vilayətində hərbçilərin olduğu ZİL markalı avtomobilin qəzaya düşməsi nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib.

Turkustan.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hərbi hissələrdən birinə aid olan ZİL avtomobili idarəetrmənin ititrilməsi nəticəsində yol kənarındakı qayaya çırpılaraq aşıb. Xilasedicilərin gəlişinə qədər 18 hərbçi “Mehri” tibb mərkəzinə aparılıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, bir hərbçinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.  /Axar.az/

Paylaş: