C. Dek 13th, 2019

DATÜB Bakıda YÖS imtahanına girən gənclərlə görüşdü

13 aprel 2019 tarixində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Azərbaycan Təmsilçiliyi ofisində YÖS imtahanında iştirak edən gənclərlə görüş keçirilib.

Görüşdə DATÜB Azərbaycan Təmsilçisi Məmməd Şamilov, DATÜB Gənclər Təşkilatı Azərbaycan Təmsilçisi Kənan İbrahimli ilə Bakıdan və bölgələrdən olan gənclər və valideynlər iştirak etdi.

DATÜB Azərbaycan təmsilçisi Məmməd Şamilov, görüş zamanı gənclərə peşə seçimində diqqətli olmaları, peşələrin çətinliyi, ali təhsilin onların həyatındakı önəmi və ali təhsil həyatına qədəm qoymağa hazırlaşan gənclərə ixtisas seçimi zamanı onlara faydalı olacaq məsləhətlər verib.

DATÜB Gənclər Təşkilatı Azərbaycan Təmsilçisi Kənan İbrahimli də öz təcrübələrinə əsaslanaraq gənclərlə fikir mübadiləsi aparıb.

Tədbir də iştirak edən Beynəlxlaq Təlim və Layihə mərkəzinin ingilis dili müəlliməsi Səfayə Əhmədova da öz növbəsində gəncləri öncəki illərdə qarşılaşdıqları problemləri, qeydiyyat qaydaları və peşələr haqqında məlumatlandırıb.

Keçirilən tədbir haqqında olduqca xoş sözlər söyləyən valideynlər, gənclərin gələcəkdə vətənimiz və millətimiz üçün faydalı bir fərd olmaları istiqamətindəki fəaliyyətindən ötrü DATÜB Azərbaycan Təmsilçiliyinə və DATÜB Gənclər Təşkilatına təşəkkür edilib.

Olduqca səmimi bir mühitdə keçən görüşün sonunda isə xatirə şəkli çəkdirilib.

Mövlud İşık

 

Paylaş: