C. Dek 13th, 2019

Qənirə Paşayevadan hər kəsə çağırış: Qınayırıq

İtaliya parlamentinin Osmanlı imperiyasında qondarma erməni soyqırımını faktiki olaraq tanıyan qətnamə qəbul etməsini qınayırıq.

Turkustan.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

 

“Sosial şəbəkələrdə fəal olan insanlarımız, gənclərimizin bu qərara etirazlarını İtaliya parlamentinin, millət vəkillərinin sosial media hesablarına italyan və ingilis dillərində göndərməsi və paylaşması lazımdı. Bu, çox ciddi məsələdir. İtaliya bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü kimi neytrallığına kölgə saldı və Leqa Partiyasının bu qondarma erməni soyqırımından Avropa Parlamentinə seçkilərdə səslərini artırmaq məqsədilə səhnələşdirdiyi oyuna İtalya parlamentini alət kimi istifadə etməsi qəbuledilməzdir. Qondarma soyqırım haqda qərar qəbul edən İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral da ola bilməz.

Qardaş Türkiyə və türk dünyası gəncliyini, İtaliyada yaşayan türk əsilli insanları da etiraz səslərini sosial şəbəkələrdən İtaliya rəhbərliyi, parlamenti, millət vəkilləri və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir.

Paylaş: