Şb. Avq 17th, 2019

Moskvada Qarabağ danışıqları yekunlaşdı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Moskva görüşü başa çatıb.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı sergey lavrovun da iştirak etdiyi görüşün yekun bəyanatı yayılacaq.

***

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əvvəlcə Lavrovun iştirakı ilə görüşüblər. 

Daha sonra danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib.

Paylaş: