Lavrov Qarabağ razılaşmasından DANIŞDI: Bakı və İrəvan maraqlıdır ki…

Rəsmi Moskva hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakı və İrəvan arasında əldə olunan son razılaşmalar həyata keçiriləcək.
“TASS”-ın yaydığı xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada serbiyalı həmkarı İviça Daçiçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan Moskva danışıqlarını şərh edərkən deyib. 
“15 apreldə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən Moskvagörüşünün yekunlarında mənim hal-hazırda gedən işlərin atmosferini hiss edərək, bu cür düşünməyimə əsas yarandı ki, Bakı və İrəvan bu dəfə əldə olunan razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Rusiya bunun həyata keçməsinə kömək edəcək” –Lavrov vurğulayıb. 
Rusiya XİN rəhbəri həmçinin bu dəfəki danışıqlarda münaqişənin həllinə dair 2016-cı verilən təkliflərə də toxunulduğunu deyib. Bildirib ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarov da görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqləyib: “Həmin təkliflərinin məğzinin nə olduğuna gəlincə isə, onlar tərəflər arasında ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir. Bu prinsiplər Mİnsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir sıra bəyanatlarında təsbit olunmuş yanaşmalara, həmçinin ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul edilmiş sənədlərə uyğun gəlir. Orada nizamlanma istiqamətində görülən işlərin bütün təməl istiqamətləri göstərilir. İşlərin təfərrüatı isə, təbi ki, məxfidir.” (azvision.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle