Sisi “ömürlük” prezident olur – Misirdə konstitusiya dəyişdirilir

Misir millət vəkilləri hazırkı dövlət başçısı Əbdül Fəttah əl-Sisinin 2030-cu ilədək prezident olmasına imkan verəcək qanun dəyişikliyi qəbul ediblər.

Türküstan.info xəbər verir ki, Sisi tərəfdarlarının çoxluq təşkil etdiyi parlament aprelin 16-da sözü gedən Konstitusiya dəyişikliyinə səs verib.

İndi bu qərar ümumxalq referendumuna çıxarılmalıdır. Sisinin prezidentlik dövrü 2022-ci ildə başa çatır. O hazırda ikinci prezidentlik müddətindədir.

Konstitusiyaya dəyişiklik təklifi Sisinin hazırkı prezidentlik müddətini 4 ildən 6 ilə artırır və ona növbəti seçkidə iştirak etmək hüququ verir. Qanun dəyişikliklərindən biri də hərbiyyənin siyasətdəki rolunun artırılmasını nəzərdə tutur, bundan başqa prezidentə əlavə səlahiyyətlər tanıyır.

Sisi prezidentliyə 2014-cü ildə islamçı prezident Muhammad Morsi kütləvi etiraz aksiyaları nəticəsində devrildikdən sonra gəlib. O ötənilki prezidnet seçkisində 97 faiz səslə qalib olub.

Beynəlxalq insan haqları təşkilatları Sisini fərqli düşüncə üzərinə hücumlara, on minlərlə insanın məhbus edilməsinə görə tənqid edir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle