Viktor Hüqonun Məhəmməd peyğəmbərə yazdığı şeir

Fransanın məşhur Paris Notr-Dam kilsəsinin yanaraq kül olması həmin kilsə haqqında əsər yazaraq bu tarixi abidənin dəyərini birə-beş artıran əfsanəvi roman ustası Viktor Hüqonun da gündəmə gəlməsinə səbəb olub.

9 əsrlik katedralı ədəbi abidəyə çevirməyi və bütün dünyaya sevdirməyi bacaran Hüqonun İslam, Allah, “Qurani-Kərim” ayələri ilə bağlı yazdığı şeirlər tərcümə və dərc olunmağa başlanıb.

Xüsusilə, onun İslam dinini qəbul etməsi iddialarına səbəb olan Məhəmməd peyğəmbərə yazdığı məşhur “Mahomet” şeiri diqqət çəkir.

 

Həmin şeiri azərbaycan dilində təqdim edirik:

Viktor Hüqo – “La Legande des Siecle” (Yüzillərin əfsanəsi)

Vəzifəsinin yaxın olduğu ürəyinə dammışdı

Mətin idi, kimisə qınamır, incitmirdi

Yolda gördüyü hər kəslə salamlaşırdı

Hər gün sanki bir az daha yaşlanırdı

Halbuki sadəcə iyirmi bəyaz tük var idi qara saqqalında

Dayanıb su içən dəvələri izləyirdi arada

Beləcə, savran olduğu zamanlarını xatırlayırdı.

Sanki cənnəti görmüş, ilahi eşqi tapmışdı

Sanki kainatın yaradılışına şahid olmuşdu

Alnı açıq, yanaqları qüsursuz, bənzərsizdi

Qaşları incə, baxışları anlamlı və kəskin idi

Boynu gümüş bir sürahinin boğazı idi sanki.

Tufanın sirlərini bilən Nuhun havası vardı.

Onunla məsləhətləşməyə gələnlərə adil davranırdı

Kimisi etiraf edər, kimisi gülər və inkar edərdi

Səssizcə dinlər, ən sonda danışardı özü

Ağzından dua və zikr heç əksik olmazdı

Çox az yeyər, qarnının üzərinə daş qoyardı.

Boş dayanmaz, qoyunlarını sağıb başını qatardı

Yerə oturub, paltarlarını özü tikərdi

Artıq gənc deyildi, əvvəlki qüvvəti qalmamışdı

Yenə də hər kəsdən daha çox oruc tutardı

Altmış üç yaşında bir alov sarıdı bədənini

Müqəddəs kitab “Quran”ı bir dəfə də oxudu

Sonra bayrağı Səidin oğluna verdi.

Onlara: “Artıq aranızdan ayrılmaq vaxtı gəldi

Allah birdir, həmişə onun yolunda savaşın” dedi.

Kədərli idi, baxışlarında yurdundan zorakılıqla

Qaçqın düşən qoca bir qartalın kədəri vardı sanki

Yenə həmişəki vaxtında məscidə gəldi,

Əliyə tabe olanlar da arxasınca gəlirdi

Vəı müqəddəs bayraq küləklə dalğalanırdı.

Bənizi solğun idi, çevrildi və qələbəliyə səsləndi

“Ey insanlar, ömür bitir, həyat gəldi-gedərdi

Biz qaranlıqda kiçik bir zərrəyik, uca olan Odur.

Ey insanlar, Ondan başqa rəhbərim yoxdur.

Onsuz bir dəyərim olmazdı.”

Bir zat ona: “Ey möminlerin gerçək Sultanı!

Səni dinlər-dinləməz, hər kəs inandı sözünə

Sən doğulanda bir ulduz doğdu göy üzündə

Kəsra sarayının üç qülləsi birdən yıxıldı” dedi.

O da: “Mələklər ölümümü müzakirə etdi.

Vaxt tamamdır, dinləyin. Əgər hansı birinizə

Bir pislik etdimsə, çıxsın, hər kəsin qarşısında

Mən ölmədən gəlsin intiqamını alsın indi

Kimə vurmuşamsa, o da mənə vursun” dedi.

Və əsasını oradan keçənlərə uzatdı

Yaşlı bir qadın bir qoyunu qırxırdı eşikdə

Ona: “Tanrı köməkçin olsun!” deyə səsləndi.

Baxışlarında kədər vardı, olduqca bitkin idi

Dalmışdı. Birdən belə dedi: “Hər kəs eşitsin!

Allah mənim adımı andı! Bundan əmin olun

Torpaqdan insan, nurdan peyğəmbərəm

İsanın gətirdiyi dini tamamlamağa gəldim.

Əzhəbəm, mən səbr daşıyam, İsa şirin dilli idi.

Hər şəfəq doğacaq Günəşin müjdəçisidir

İsa məndən öncədir, amma nə Tanrıdır, nə də onun oğlu

O, gülü qoxlayan Bakirə Məryəmdən doğuldu.

Unutmayın, mən də ətdən-sümükdən bir faniyəm.

Quruyan palçıqdan başqa bir şey deyiləm

Bu dünyada başıma gəlməyən şey qalmadı

Çəkdiyim əzablara yol olsa, dayançmazdı

Təzyiq və işgəncədən bu bədənim çox çəkdi

Və əgər işlədiyimiz hər bir günahın qarşılığı

Qorxunc bir böcək olsaydı, o qaranlıq məzarı

Bizə dar edər, cəhənnəmə çevirərdi.

Təkrar-təkrar bədən qazanara cəhənnəm əhli

Və qurdlar yenidən gəmirər bütün bədənlərini

Beləcə, dəfələrlə tükənər və yenidən dirilir

Cəzalarını çəkdikdən sonra da yenidən rahatlığa qovuşur.

Mən müqəddəs savaşların təvazökar meydanıyam

Bəzən əfəndi, bəzən də kölə kimiyəm

Kəlamım eyni səhradakı qum və quyular kimidir

Bir sözüm qorxudursa, digər müjdəçidir

Ey inananlar! Çəkdiklərimi görürsünüz!

 

(oxu.az)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle